İstanbul seçkisində nəticələr belə olacaq - Proqnoz
15-06-2019, 07:33
23 iyunda İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçkilərdə nəticələr başa-baş olmayacaq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə A&G araşdırma şirkətinin sahibi Adil Gur çıxış edib.
Seçkilərdə düzgün proqnozları ilə tanınan Gur keçirilən sorğularda səs fərqinin yaxın olmasına baxmayaraq, seçkilərdə rəqiblərin səs sayında fərqin çox olacağını qeyd edib: "Heç kəs narahat olmasın, bu dəfə nəticələr fərqli olacaq".