Çipras AB-yə Türkiyədən şikayətləndi

15-06-2019, 08:35           
Çipras AB-yə Türkiyədən şikayətləndi
Türkiyənin "Fatih" qazma gəmisini Kipr sahillərinə göndərməsi və regionda təbii qaz axtarması Qərbi narahat etməyə davam edir.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Yunanıstan Baş naziri Aleksis Çipras Türkiyədən Avropa Birliyinə şikayət edib. Çipras Türkiyənin fəaliyyətinin ikitərəfli deyil, bütün Avropa Birliyini maraqlandırdığını deyib.

Yunanıstan, Kipr, Fransa, İtaliya, Portuqaliya və İspaniya liderlərinin iştirakı ilə Maltada keçirilən 6-ci Avropa Birliyi Cənub Ölkələri Zirvəsində Kipr Prezidenti Nikos Anastasiadis Türkiyənin regiondakı fəaliyyətinə dair bəyanat verib. Bundan sonra Çipras da Türkiyənin Kipr bölgəsini iqtisadi cəhətdən məhdudlaşdırdığını, bu fəaliyyətə son qoyulmalı olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə ötən il “Fatih” adlı qazma gəmisini Aralıq dənizinə göndərmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında sözügedən gəminin geri çağırılmayacağını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru