Ekrem İmamoğlu və Binali Yıldırım üz-üzə - CANLI YAYIM
17-06-2019, 00:00
Bir həftədən sonra – iyunun 23-də İstanbulda çox kritik və Türkiyədə son zamanların ən maraqla gözlənilən seçkilərindən biri – İstanbul bələdiyyəsi sədrinin seçkiləri keçiriləcək.
AzFakt.com xəbər verir ki, 31 martda keçirilmiş və qalmaqallarla yadda qalmış bələdiyyə seçkilərinin nəticələrinə görə CHP-dən İstanbul bələdiyyəsi sədrliyinə namizəd Ekrem İmamoğlu qalib elan edilmişdi. Lakin sonradan hakim AK Partinin etirazları üzündən səslər yenidən sayıldı, nəticə isə dəyişmədi.
Ekrem İmamoğlu bələdiyyə sədri vəzifələrinin icrasına başladıqdan bir neçə gün sonra AK Partinin etirazları ona gətirib çıxardı ki, Türkiyə Yüksək Seçim Kurumu İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv etdi.
İyunun 23-də təkrar seçkilər keçiriləcək. Qələbəyə 31 martda olduğu kimi, iki əsas namizəd var – AKP-dən keçmiş baş nazir və parlament sədri Binali Yıldırım, CHP-dən Ekrem İmamoğlu.
Onlar arasında debat bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Həmin debatın canlı yayımını diqqətinizə çatdırırıq.