Qəhrəman türk əsgərləri "Pəncə" hərəkatı çərçivəsində terrorçulara dünyanı dar edirlər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Artıq hədəf Qəndildir. Hara olur-olsun, istər Qəndil, istər Suriyanın şimal-şərqi - Türkiyəyə təhdid olan istənilən qüvvəyə qarşı lazımi tədbirləri görürük. Bu siyasətimizi davam etdirəcəyik", - Çavuşoğlu bildirib.