Cümhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Binəli Yıldırımın dünənki debatla bağlı tviti böyük marağa səbəb olub.
Axar.az xəbər verir ki, Yıldırım Tvitter səhifəsində “Əkrəm bəy çox şeyi danışdı, amma nə edəcəyini söyləməyi unutdu”, - deyə qeyd edib.
Qeyd edək ki, Binəli Yıldırım (Cümhur İttifaqı) və Əkrəm İmamoğlu (Millət İttifaqı) ötən gün canlı yayımda moderator İsmayıl Küçükkayanın suallarını cavablandırıb.