Türk əsilli siyasətçi Britaniyanın Baş naziri oldu - FOTO

23-07-2019, 21:15           
Türk əsilli siyasətçi Britaniyanın Baş naziri oldu - FOTO
Böyük Britaniyanın yeni Baş naziri müəyyənləşib.

BakuPost xəbər verir ki, hakim Mühafizəkarlar Partiyasının seçkisində Boris Conson qalib gələrək, bu postu əldə edib.
Məlumata görə o, vəzifəsinin icrasına iyulun 24-də başlayacaq.

Boris Conson saç düzümünə görə ölkədə gündəmdədir. Onu saçına daraq vurmayan, dağınıq saçla işə gedən siyasətçi kimi tanıyırlar.

Yeni baş nazir Osmanlıda təhsil və daxili işlər naziri vəzifəsini icra etmiş Ali Kamalın nəticəsidir. Ali Kamal Atatürk hakimiyyətə gələndən sonra edam olunub.

Boris Consonun anası yəhudi əsillidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru