Boris Consondan ilginc açıqlama: "Türk tərəfim zəifdir"

25-07-2019, 13:10           
Boris Consondan ilginc açıqlama: "Türk tərəfim zəifdir"
Böyük Britaniyanın yeni baş naziri Boris Consonun türk tərəfi qabardılaraq ona "Osmanlı nəvəsi" deyilir. Ancaq nazirin illər əvvəl bu barədə maraqlı açıqlama verdiyi üzə çıxıb.
"Yeni Sabah" bildirir ki, B.Conson hələ 2005-ci ildə türk olması barədə söz-söhbətlərlə bağlı "BBC"yə açıqlama verib.

O, əslən türk olduğunu etiraf etsə də, türkçü olmadığını deyib:

“Mənim atamın babası türk olub amma mənim türk tərəfim zəifdir. Buna baxmayaraq, Türkiyəni sevirəm”.

Qeyd edək ki, Boris Consonun ulu babası Osmanlı İmperatorluğunun son daxili işlər naziri Əli Kəmaldır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.