Çavuşoğlu Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanımasına münasibət bildirib

30-10-2019, 10:27           
Çavuşoğlu Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanımasına münasibət bildirib
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

APA-nın xəbərinə görə, Türkiyə XİN başçısı “Twitter”də bildirib ki, tarixi siyasətə alət edənlərin bu qərarı utanvericidir.

Onun sözlərinə görə, Türkiyə Suriyanın şimalında “Barış bulağı” hərəkatı ilə böyük oyunu pozub.

“Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar. Bu qərarın hökumətimiz və xalqımızın üçün heç bir önəmi yoxdur”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.