Ərdoğan Putinlə yeni danışıqların keçiriləcəyini istisna etməyib
30-10-2019, 18:12
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə yeni danışıqların keçiriləcəyini istisna etməyib.
"Putinlə danışıqlar hər an baş tuta bilər. Hər şey hadisələrin gedişatından asılıdır", deyə Ərdoğan Ankarada jurnalistlərin suallarını cavablandırarkən deyib.
Oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi 6 saatlıq danışıqlardan sonra bəyan edib ki, Moskva və Ankara Suriyanın şimalındakı vəziyyətə dair bir sıra razılaşmalara nail olublar.
İki ölkə arasında bağlanmış Memorandumda prezidentlər Suriyanın birliyinə və ərazi bütövlüyünə, Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiq olduqlarını təsdiq ediblər və Adana razılaşmasına dəstək veriblər.