“Barış Pınar”ı əməliyyatında Türkiyə ordusu daha bir şəhid verib. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyatın keçirildiyi bölgədə əldə hazırlanan bombanın partlaması nəticəsində 6 türk əsgəri yaralanıb, 1-i isə şəhid olub.