Aralıq dənizində, Türkiyə sahillərində 3,5 bal gücündə zəlzələ baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Aralıq dənizində, Muğla əyalətinin sahillərində, ocağı isə 6,46 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.