Türkiyənin daxili işlər naziri: "İŞİD üzvləri öz ölkələrinə geri göndəriləcək"

3-11-2019, 09:18           
Türkiyənin daxili işlər naziri: "İŞİD üzvləri öz ölkələrinə geri göndəriləcək"
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, İŞİD terror qruplaşmanın saxlanılan üzvləri öz ölkələrinə geri göndəriləcək.

"Report" xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.

Qeyd edilir ki, nazir həmin məsələdə narazılığını ifadə edib.

"Bu, bizim üçün qəbuledilməzdir. Bundan başqa, məsuliyyətsizlikdir", - deyə nazir Avropanın Türkiyəni İŞİD əsirlərinin sonrakı taleyinin həlli problemi ilə üz-üzə qoymağa çalışan hərəkətlərini pisləyib.

Türkiyə hərbçiləri ötən ay Suriyanın şimal-şərqində İŞİD üzvlərini yaxalayıb.

Qeyd edilir ki, saxlanılanlar xarici dövlətlərdən gəlmələrdir. Onlar ölkələrinin vətəndaşlığından məhrum olunublar. Buna görə də Türkiyə qruplaşma üzvlərini ekstradisiya edə bilmir.

Süleyman Soylu Niderlandı və Böyük Britaniyanı nümunə göstərib. O, bildirib ki, Türkiyə terrorçular üçün mehmanxana deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru