Türkiyə ordusu PKK/YPG terrorçularına sarsıdıcı zərbələr endirib

4-11-2019, 05:18           
Türkiyə ordusu PKK/YPG terrorçularına sarsıdıcı zərbələr endirib
Türkiyənin təhlükəsizlik qüvvələri ötən ay PKK terror təşkilatına və onun Suriya qanadı YPG-yə güclü zərbələr endirib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyə və onun hüdudları xaricində terrorçuluğa qarşı əməliyyatların gedişatında oktyabrın 1-dən 31-dək PKK/YPG-nin 1090 terrorçusu zərərsizləşdirilib.

Əməliyyatlar zamanı PKK-ya kömək etməkdə şübhəli bilinən 410 nəfər saxlanılıb. Onlardan 212 nəfəri həbs edilib. Həbs edilənlər arasında bir sıra rayonların HDP-ni təmsil edən bələdiyyə başçıları da var.

Sərhədyanı yaşayış məntəqələrini atəşə tutulması nəticəsində və Suriyada YPG/PKK terrorçuları ilə toqquşmalarda Türkiyə təhlükəsizlik qüvvələrinin 16 əməkdaşı, həmçinin 21 dinc sakin həlak olub. Onların arasında uşaqlar da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru