İranda etirazlar şiddətlənir: Xalq hərbi, dövlət və dini mərkəzləri yandırıb, Möhtəşəm inqilablar mərkəzi Təbriz ayaqda
17-11-2019, 01:16
GünAz TV: Güney Azərbaycan və İranın bir çox bölgələrində polis zorakılığına və zülmkar rejimə cavab olaraq hərbi, dövlət və dini mərkəzlərə hücum ediblər.
Bu ana qədər yayılan xəbərlərə əsasən, polisin etirazçılara açdığı atəş nəticəsində 9 nəfər həyatını itirib. Xalq buna cavab olaraq, hərbi, dövlət və dini mərkəzlərə, polis şöbələrinə, eləcə də dövlət banklarının şöbələrinə hücum edərək onlara od vurub.
Qəzəbli etirazçılar küçələrdə asılmış Xamneyinin və rejimin digər simalarının fotoları əks olunmuş plakatları yandırıblar.
Od vurulan obyektlər içərisində İran Milli Bankının Behbahan şəhərində yerləşən şöbəsi də var.
Aşağıdakı videolar bu gün keçirilən etirazlar zamanı çəkilib:
Təbriz: Xalq benzinin bahalaşmasına etiraz olaraq rejimin repressiv muzdurlarını küçələrə daşıyan avtobusu yandırıb.
Təbriz: Xalq etirazçıları repressiyaya uğratmaz üçün gələn İran polisinə məxsus yanacaq doldurma məntəqəsində mənzillənmiş avtomobillərə od vurub.