“Türkiyə Liviyaya desant çıxara bilər” – “Bunun üçün yetərincə gücü var”
15-01-2020, 02:36
Zərdüşt Əlizadə: “Liviyaya hava zərbələrinin gerçəkləşdirilməsi də mümkündür”
Məlum olduğu kimi, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftarı hücumları dayandırmağa çağırıb. Türkiyə prezidenti qeyd edib ki, əgər Haftar hücumları dayandırmasa, o zaman ona lazımı dərs veriləcək.
İraq və Suriyada anti-terror əməliyaytları aparan Türkiyənin eyni zamanda Liviyada da hansısa hərbi əməliyaytlar gerçəkləşdirməsi üçün gərəkli hərbi poytensialı varmı? Liviyaya belə bir müdaxilə Türkiyənin gələcəyinə nə vəd edir?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Türkiyənin belə bir potensiala malik olduğunu qeyd edib:
“Təbii ki, Türkiyənin Liviyaya hərbi müdaxiləsi üçün gərəkli potensialı var. Çox güman ki, Türkiyəyə Liviya ilə bağlı belə bir addım atsa, ora quru qoşunları çıxarmayacaq. Yəqin ki, Liviya ərazisinə müəyyən hava zərbələri endirəcək. Türkiyənin hərbi hava qüvvələri bu cür tapşırıqların icrası üçün kifayət qədər güclüdür.
Türkliyənin Liviyaya hansısa desnat dəstələri çıxarması da mümkündür. Türkiyənin hərbi gəmiləri dənizdən Liviya sahillərini atəşə tuta bilər. Bütün bunları etmək üçün Türkiyənin gərəkli gücü var. Lakin bununla belə hesab edirəm ki, proseslərin Türkiyənin Liviyada uzunmüddətli müharibəyə cəlb edilməsi ehtimalı da var. Hansı ki, bu ehtimalın reallaşması Türkiyə üçün arzuedilən deyil”.