Türkiyə bu addımı Putinin israrı ilə atdı - Şok gəlişmə

15-01-2020, 09:18           
Türkiyə bu addımı Putinin israrı ilə atdı - Şok gəlişmə
Türkiyə və Suriya kəşfiyyat rəhbərlərinin görüşü Rusiya Prezidenti Vladimir Putinin tələbi ilə baş tutdu.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, İYİ Partiyasının üzvü Aydın Sezgin deyib.

“Onsuz da aşağı səviyyəli görüşlərin olduğu deyilirdi. Artıq rəsmiləşdirildi. Necə rəsmiləşdirildi? Putinin israrı ilə... Müxalifət uzun zamandır ki, iqtidar və Əsəd arasında danışıqların aparılmasını tələb edirdi. Bu, millətin səsi ilə deyil, Putinin tələbi ilə baş tutdu”, - deyə müxalif deputat bildirib.

Qeyd edək ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Suriya Təhlükəsizlik Bürosunun rəhbəri Əli Məmlüklə Moskvada görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru