Polis “Anadolu”nun Qahirədəki ofisində əməliyyat keçirib - Saxlanılanlar var

16-01-2020, 00:00           
Polis “Anadolu”nun Qahirədəki ofisində əməliyyat keçirib - Saxlanılanlar var
Misir polisi Türkiyənin “Anadolu” xəbər agentliyinin Qahirədəki ofisində əməliyyat keçirib.
Teref.az Türkiyə KİV istinadən xəbər verir ki, əməliyyat nəticəsində agentliyin 4 nəfər əməkdaşı saxlanılıb.
Onlardan birinin Türkiyə vətəndaşı olduğu bildirilir.
Agentliyin ofisinə gələn vəkilə saxlanılanların hara aparılması barədə məlumat verilməyib.
Türkiyə Xarici İşlər Nazirliyi və rəsmi şəxslər hadisəni qınayıb.
Saxlanılan şəxslərin dərhal azad olunması tələb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru