PKK-nın 13 terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub

19-01-2020, 07:07           
PKK-nın 13 terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub
PKK terror qruplaşmasının bir neçə silahlısı Türkiyənin təhlükəsizlik qüvvələrinə könüllü təslim olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayılan xəbərdə qeyd edilir ki, təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları PKK terror qruplaşmasının dağılmasını sürətləndirib. Əməliyyatlara ayrı-ayrı ailələrin dəstəyi ilə keçirilən inandırma üsullarının əlavə edilməsi ilə terrorçuların təslim olmaları son illər ərzində ən yüksək həddə çatıb.

Məlumata görə, PKK-nın 5 terrorçusu Şırnak vilayətinin Silopi qəsəbəsindəki Habur sərhəd-keçid məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Beləliklə, ilin əvvəlindən bu günə kimi yalnız inandırma yolu ilə terror təşkilatından ayrılaraq təhlükəsizlik qüvvələrinə təslim olan silahlıların sayı 13 nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru