Türkiyədə təbiət hadisəsi dəhşətli qəzaya səbəb olub - ölənlər və yaralananlar var

5-02-2020, 04:15           
Türkiyədə təbiət hadisəsi dəhşətli qəzaya səbəb olub - ölənlər və yaralananlar var
Türkiyənin Van-Bahçesaray magistralında qar uçqunu baş verib.

Anadolu Agentliyi xəbər verir ki, təbiət hadisəsi nəqliyyatın hərəkətini iflic edib. Nəticədə bir mikroavtobus və traktor uçqun altında qalıb.

Fövqəladə Halların İdarə Olunması Agentliyi xilasedici fəaliyyətə başlayıb. Avtomobildə olan beş nəfər yaralı halda çıxarılaraq xəstəxanaya çatdırılıb. Dörd nəfərin isə cəsədi çıxarılıb. Xilasedicilər daha dörd nəfərin qar uçqunu altında qaldığını ehtimal edirlər.

Xilasetmə işləri davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru