Azərbaycan-Türkiyə təlimləri: yeni görüntülər yayıldı - FOTOLAR

2-08-2020, 13:20           
Azərbaycan-Türkiyə təlimləri: yeni görüntülər yayıldı - FOTOLAR
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birlikdə keçirilən, iyulun 29-dan başlayan birgə irimiqyaslı təlimlərin quru mərhələsindən yeni görüntülər yayıb.

Virtualaz.org Türkiyə KİV-lərinə əsasən görüntülər təlimlərin döyüş atışsız mərhələsini əks etdirir, kadrlara əsasən zirehli texnika döyüş manevrləri edir və atəş mövqelərini tutur. Habelə iki ölkə xüsusi təyinatlıları birgə məşqlər həyata keçirir.



Təlimlər avqustun 10-nadək davam edəcək. Xatırladaq ki, təlimlər Naxçıvanda, Bakı ətrafındakı, habelə təmas xəttinə yaxın poliqonlarda keçirilir. Türkiyə təlimlərə qatılmaq üçün Azərbaycana 5 F-16 qırıcısı, “Atak” hücum vertolyotları, reaktiv yayılım atəşi sistemləri və 11 minə yaxın canlı qüvvə göndərib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru