Türkiyədə koronavirusdan sağalanların sayı 311,5 mini keçib 24-10-2020, 03:28 Türkiyədə son 24 saat ərzində daha 74 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 658 nəfərə çatıb.Onun sözlərinə görə, ölkədə 2 165 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 357 693 nəfərə çatıb.Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 493 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 311 520 nəfər təşkil edir. Facebook-da paylaş