Çox yaxında Türkiyənin S-400-ə ehtiyacı olmayacaq – Professor ELAN ETDİ

30-10-2020, 19:46           
Çox yaxında Türkiyənin S-400-ə ehtiyacı olmayacaq – Professor ELAN ETDİ
Türkiyənin yaxın zamanda S-400 zenit raket komplekslərinə ehtiyacı qalmayacaq.

Publika.az xəbər verir ki, bunu Altınbaş Universitetinin müəllimi, professor Eray Güçlüer deyib.

Professor bildirib ki, qısa müddətdə “Hisar-U” uzunmənzilli raketlər istehsal mərhələsinə daxil olacaq. Onun sözlərinə görə, Türkiyə hava hücumundan müdafiə sistemləri ilə dünyanın balansını pozmağa hazırlaşır.

Qeyd edək ki, “Hisar-U” Uzun Mənzilli Yüksək Hündürlükdən Havadan Müdafiə Raket Sistemi layihəsi 2017-ci ildə başlanıb. Sistem 8×8 daşıyıcı avtomobilə quraşdırılacaq. Aktiv radiolokasiya başlığına sahib “Hisar-U”nun istehsalını ASELSAN edəcək.

Sistemin ilk prototiplərinin 2019-2020-ci illərdə, arsenala daxili isə 2025-2026-cı illərdə nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.