Baltik dənizində sualtı kabelləri Rusiya zədələməyib - ABŞ və Aİ sübut tapmayıblar

Bu gün, 17:14           
Baltik dənizində sualtı kabelləri Rusiya zədələməyib - ABŞ və Aİ sübut tapmayıblar
ABŞ və Avropa kəşfiyyat rəsmiləri hesab edirlər ki, Avropa təhlükəsizlik xidmətlərinin narahatlığına səbəb olan kabel qırılmaları Rusiyanın təxribatı deyil, gəmilərin ekipajlarının səhvləri nəticəsində baş verib.
Qərb kəşfiyyat agentlikləri belə qənaətə gəliblər ki, Baltik dənizində sualtı kabellərin zədələnməsi Rusiyanın hərəkətləri deyil, dəniz qəzaları nəticəsində baş verib.
Bu barədə "Washington Post" kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Nəşrdə qeyd edildiyi kimi, ABŞ və Avropa kəşfiyyat rəsmiləri hesab edirlər ki, Avropa təhlükəsizlik xidmətlərinin narahatlığına səbəb olan kabel qırılmaları, çox güman ki, Rusiyanın təxribatı ilə deyil, gəmilərin ekipajlarının səhvləri nəticəsində baş verib.
Bu məsələdə ABŞ və Avropa kəşfiyyat orqanları arasında ümumi konsensus yaranıb. ABŞ və bir sıra Avropa ölkələrinin iştirakı ilə aparılan araşdırmalar kabelləri lövbərlə zədələməkdə şübhəli bilinən ticarət gəmilərinin qəsdən və ya Moskvanın göstərişi ilə hərəkət etdiyinə dair heç bir sübut tapmayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, bu məsələ ilə bağlı Rusiyaya qarşı ittihamlar Rusiya neftinin ixracına əngəl törətmək və Baltik dənizində gəmiçiliyi məhdudlaşdırmaq məqsədi daşıyır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.