"Oskar" mükafatlı rejissor vəfat etdi

22-01-2025, 17:39           
"Oskar" mükafatlı rejissor vəfat etdi
"Oskar" mükafatlı fransız rejissor və ssenarist Bertran Bliye 85 yaşında vəfat edib.

Bu barədə "France 24" telekanalı məlumat yayıb.

"Rejissor Parisdəki evində, həyat yoldaşı və uşaqlarının əhatəsində dinc şəkildə dünyasını dəyişib", - məlumatda deyilir.

Bliye dünyaca məşhur "Vals oynayanlar" (Les valseuses, 1974) və "Burun dəsmallarınızı hazırlayın" (Préparez vos mouchoirs, 1977) filmlərinin müəllifi olub. Sonuncuya görə o "Ən yaxşı xarici film" nominasiyasında "Oskar" alıb.

Bliye karyerası ərzində 24 filmin ssenarisini yazıb və 20-yə yaxın filmə rejissorluq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru