Nepalda Everestə qalxma haqqı 15 min dollara çatdı

Bu gün, 16:24           
Nepalda Everestə qalxma haqqı 15 min dollara çatdı
Nepal hakimiyyəti Everestə qalxmaq üçün icazənin qiymətini artırıb.

Bu barədə "The Kathmandu Post" ölkə hökumətinin qərarına istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, əcnəbilər mart ayından may ayına kimi 15 min dollar (11 min dollar əvəzinə), sentyabrdan noyabra qədər 7.5 min dollar (5.5 min dollar əvəzinə), dekabrdan fevrala qədər və yağışlı mövsümdə 3 750 dollar (2 750 dollar əvəzinə) ödəməlidirlər.

Yeni tariflər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək. Səlahiyyətlilər həmçinin bildiriblər ki, ölkədə 8 min metrdən yuxarı istənilən dağda, o cümlədən Everestdə iki alpinist bir bələdçi tutmalıdır.

Bundan əlavə, dağa qalxmaq icazələrinin qüvvədə olma müddəti indi 55 günlə məhdudlaşdırılacaq. Bu icazə müddəti əvvəl 75 gün təşkil edirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.