Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu

22-01-2025, 16:27           
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi tender ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, “Bakı Metropoliteni” QSC-nin istismarında olan “81-760Б” və “81-765 Б” seriyalı vaqonların müşahidə sistemlərinin satın alınmasını həyata keçirmək istəyib. Bu məqsədlə 72 min manat pul da ayırıb.
Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti əsaslandırma ilə nəticələrin ləğvinə qərar verib. Həmin qərara əsasən satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 36.1.6. bəndinə əsasən (Satınalmanın maliyyələşdirilməsi dayandırıldıqda) tenderin davamından imtina edilr və ləğv olunur”.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-yə yeni rəis təyin olunub. Vüsal Aslanov bir həftədən bir qədər çox təyinat alıb. Bu səbəbdən də bu tenderin ləğvini onun “siftəsi” kimi qiymətləndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru