MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 16:26
MİDA-nın Yasamal Yaşayış Kompleksində yaşayan sakinlər şikayətçidirlər. Tribunainfo.az xəbər verir ki, narazılıq sahibsiz itlərlə bağlıdır.
Belə ki, onlar binada yaşayan bəzi sakinlərin sahibsiz itləri heç bir veternara göstərmədən, evdə saxlamağa başlayıblar. Sakinlər deyirlər ki, sahibsiz itlərin yemlənməsi üçün binadan bir qədər kənarda yer ayrılıb. “Bəzi sakinlər heyvanlar ac qalmasın deyə onlara yemək verirlər. Buna kimsənin etirazı yoxdur. Lakin bəziləri ağına-bozuna baxmadan sahibsiz itləri evinə gətirir, məhəllədə gəzdirirlər. Bu isə potensial təhlükə deməkdir”.
Şikayətçilər bildirir ki, məhz bu cür davranış səbəbindən sahibsiz itlər MİDA-nın yaşayış kompleksinin həyətinə dadanıblar. “Onlar nə həkim müayinəsindən keçib, nə də gəzdirilərkən ağızlıqdan istifadə olunur. Heç kim təminat vermir ki, həmin itlərdə hansısa xəstəlik, qoturluq və ya bit-birə yoxdur”.
Şikayətçilər qeyd edirlər ki, onlar kimsənin sahibsiz iti götürərək, saxlamasına qarşı deyillər. “Biz buna qarşı deyilik. Lakin həmin heyvanları həkimdən keçirsinlər. Sağlam olduqlarına əmin olsunlar. Sabah həmin sahibsiz itlər uşaqlara, böyüklərə hücum edərək, quduzluq yaysalar, buna kim cavab verəcək? İnsanlar məsuliyyət hissini itirməməlidir”.
Sakinlər bildirirlər ki, bu yaxınlarda həmin itlər Mahir adlı uşağa hücum edərək, ona xəsarət yetiriblər. “Binada bir qadın var. əri və uşaqları onu ataraq gedib. Sahibsiz itləri evinə yığaraq saxlayır. Elə onun saxladığı itlərdən biri Mahir adlı uşağa hücum ediblər. Etiraz edəndə də adamı şantaj edir”.
Şikayətçilər deyirlər ki, ümumiyyətlə MİDA MMC-nın təlimatına görə kompleks ərazisində qanuni və ya qanunsuz it gəzdirmək qadağandır. Bilavasitə MİDA rəhbərliyinin təsdiq etdiyi təlimatda yazılıb və buna riayət olunmalıdır.
Sakinlər müvafiq qurumlardan tədbir görülməsini, sahibsiz itləri həklim rəyi olmadan saxlayan qadına qarşı ölçü götürülməsini xahiş ediblər.