Yunanıstan müvəqqəti olaraq Türkiyə ilə sərhəddə yerləşən `İpsala` və `Pazarküle` sərhəd-keçid məntəqələrini bağlayıb.
Bu barədə AzVision.az Türkiyənin `NTV` telekanalına istinadən xəbər verir.
Sərhəd–keçid məntəqəsinin bağlanmasına səbəb kimi Yunanıstan tərəfi bu ölkənin Türkiyə ilə sərhəddə yerləşən ərazilərdə fermerlərin keçirdiyi etiraz aksiyası göstərilib.
Yunanıstan Türkiyə sərhədinin hələlik nə vaxt açılacağı bilinmir.