İraqın şimalında gedən əməliyyatda Türkiyənin 2 hərbçisi şəhid olub, 4-ü yaralanıb

11-02-2021, 07:00           
İraqın şimalında gedən əməliyyatda Türkiyənin 2 hərbçisi şəhid olub, 4-ü yaralanıb
Türkiyə Ordusunun 2 hərbçisi hərbi əməliyyat zamanı şəhid olub.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Məlumata görə, 4 hərbçi də yaralanıb.

Nazirliyin açıqlamasında qeyd olunur ki, İraqın şimalındakı Qara bölgəsində aparılan “Pəncə Qartal-2” əməliyyatı çərçivəsində terrorçularla baş vermiş silahlı qarşıdurmada Türkiyə Ordusunun hərbi qulluqçuları kapitan Burak Coşkun və baş çavuş Harun Turhan həlak olub. Atışmada 4 əsgər də yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib.



Açıqlamada bölgədə aparılan əməliyyat zamanı müəyyən edilmiş hədəflərin hava hücumu ilə vurulduğu və terrorçuların mövqelərinə ciddi zərbələr endirildiyi də bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru