Dəniz quldurları tərəfindən girov götürülən 15 türk dənizçisi xilas edildi

12-02-2021, 22:11           
Dəniz quldurları tərəfindən girov götürülən 15 türk dənizçisi xilas edildi
Nigeriya ərazi sularında dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçisi xilas edilib.

“Anadolu Agentliyi”nin məlumatına görə, “Mozart” gəmisinin heyət üzvlərinin səhhəti normal olaraq qiymətləndirilir.

Xilasetmə əməliyyatının təfərrüatlı hələ ki açıqlanmır.

Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Mozart” gəmisinə hücum ediblər.

Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru