Türkiyənin ilk silahlı pilotsuz kateri

13-02-2021, 00:09           
Türkiyənin ilk silahlı pilotsuz kateri
Türkiyədə ULAQ layihəsi çərçivəsində ölkənin müdafiə şirkətləri tərəfindən hazırlanmış ilk silahlı pilotsuz qayıq SİDA suya buraxılıb.

Virtualaz.org bildirir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Layihənin reallaşdırılması Meteksan şirkətinin mütəxəssislərinin fəal iştirakı ilə bir neçə il ərzində Antalyada keçirilən müdafiə tərsanəsi Ares-də davam etdirilib.

SİDA kompozit materiallardan ibarət olan yerli rabitə sistemi ilə təchiz olunub, 400 km məsafəni qət etməyə, 65 km/saat sürət yığmağa qadirdir, gecə görmə sisteminə malikdir.

Onu yerüstü mobil nəqliyyat vasitələrindən və ya stasionar komanda mərkəzindən, eləcə də təyyarə daşıyıcıları, hərbi gəmilər və frekatlardan idarə etmək olar.

Kater kəşfiyyat, müşahidə, asimmetrik müharibə, minaların aşkarlanması, silahlı müşayiət və sahil yaxınlığında strateji obyektlərin qorunması üçün nəzərdə tutulub.

Pilotsuz qayıq 4 Javelin raket sistemi və Türkiyənin Roketsan şirkəti tərəfindən hazırlanmış iki L-UMTAS ilə təchiz edilib.

Kater sistemləri zərbəyə davamlı pilotsuz uçan aparatlarla əlaqədə fəaliyyət göstərə bilər.

Cari ilin birinci rübünün sonunda SİDA-dan atəş atışlarının keçirilməsi planlaşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.