“Başın sağ olsun, qardaş Türkiyə!” – Azərbaycan XİN Türkiyəyə baş sağlığı verib

14-02-2021, 11:31           
“Başın sağ olsun, qardaş Türkiyə!” –
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13 mülki Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib.

Ceyhun Bayramov bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq.

Başın sağ olsun, qardaş Türkiyə!” – nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru