PKK terrorçularının öldürdüyü Türkiyə vətəndaşlarından 10-nun şəxsiyyəti məlum olub

14-02-2021, 16:52           
PKK terrorçularının öldürdüyü Türkiyə vətəndaşlarından 10-nun şəxsiyyəti məlum olub
PKK terrorçularının İraqın Qara bölgəsində qətlə yetirdikləri Türkiyənin 13 vətəndaşından bəzilərinin şəxsiyyətləri məlum olub. Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Malatya valisi Aydın Baruş Qarada şəhid olan 13 nəfərdən 10-un şəxsiyyətlərinin müəyyənləşdirildiyini bildirib. O, qeyd edib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırma zamanı meyitləri aşkarlanan Türkiyə vətəndaşlarının PKK terrorçuları tərəfindən qəddarlıqla qətlə yetirildikləri məlum olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalındakı Qara bölgəsində PKK terrorçularının sığındığı mağarada 13 mülki şəxsin meyitini aşkarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru