“Onu ələ keçirib parçalamasaq, bu millət üzümüzə tüpürsün”

14-02-2021, 21:02           
“Onu ələ keçirib parçalamasaq, bu millət üzümüzə tüpürsün”
Türkiyənin daxili işlər naziri Süleyman Soylu 6 il əvvəl PKK tərəfindən qaçırılan və İraqın şimalında saxlanılan 13 Türkiyə vətəndaşının qətlə yetirilməsinə sərt münasibət bildirib.

Teref.az xəbər verir ki, o, bu barədə rəsmi tvitter hesabında paylaşım edib:

"6 il öncə PKK tərəfindən qaçırılan və Şimali İraqda saxlanılan 13 övladımız alçaqcasına şəhid edildi. Buna baxmayaraq, hələ də PKK-nı təmizə çıxarmağa çalışanlar var. PKK ilə eyni yalanlara sahib çıxanlar var. Övladlarımıza, ailələrinə çəkdirdiklərinin hesabı soruldu, sorulacaq. Murat Karayılanı ələ keçirib min parçaya bölməsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün".

Qeyd edək ki, Murat Karayılan PKK-nın lideridir. O, 1999-cu ildə Abdulla Öcalanın yaxalanmasından sonra PKK-nın başına keçib.



Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru