Türkiyə Ordusunun məhv etdiyi terrorçuların sayı 53-ə çatdı

14-02-2021, 23:46           
Türkiyə Ordusunun məhv etdiyi terrorçuların sayı 53-ə çatdı
Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK-nın daha üç terrorçusunun məhv edildiyini bildirib. Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Nazirliyin xəbərində qeyd olunur ki, terrorçular Qara ərazisində pilotsuz uçuş aparatı vasitəsilə zərərsizləşdirilib.

Beləliklə, Türkiyənin Silahlı Qüvvələrinin regionda keçirdiyi “Pençe Kartal-2” ("Qartal caynağı") əməliyyatı çərçivəsində məhv edilmiş terrorçuların sayı 53 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə sərhədlərinin təhlükəsizliyin təmin olunmasına və daha əvvəl terrorçular tərəfindən oğurlanmış vətəndaşlarının axtarışlarına yönəldilmiş “Pençe Kartal-2” ("Qartal caynağı") əməliyyatı 2021-ci ilin 10 fevralında başlanmışdı.

Hərbi Hava Qüvvələrinin əməliyyatı çərçivəsində terrorçular tərəfindən sığınacaq və anbarlar kimi istifadə edilən 50-dən çox obyekt məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru