Türkiyədə zəlzələ olub

15-02-2021, 08:01           
Türkiyədə zəlzələ olub
Türkiyədə zəlzələ qeydə alınıb.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, yeraltı təkanlar Afyonkarahisarda yerli vaxtla saat 00:08-də 3,9 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 5,9 kilometr dərinlikdə yerləşib.

Qəndilli Rəsədxanası isə zəlzələnin 4 bal gücündə olduğunu bildirib.

Dağıntı və tələfat qeydə alınmayıb.

Qeyd edək ki, bu, son günlər Türkiyədə qeydə alınan növbəti zəlzələdir. Ötən həftə qonşu ölkədə bir neçə yeraltı təkan baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru