Bu gün GENERAL Cövhər Dudayevin ad günüdür
15-02-2021, 08:18
Elçibəy : Aslanı qəfəsdə saxlamaq olmaz.
Bu gün Çeçenistanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı olmuş Qarabulaq türkü .Çeçenistanın müstəqilliyini Azərbaycansız təsəvvür etməyən Cövhər Dudayevin doğum günüdür.
.. M.Ə.Rəsulzadə: Qafqaz məsələsi Rusiyanın iç məsələsi deyil, Rusiyaya qarşı alternativ bir məsələdir… Milli dövlətlərimizin istiqlallarını və onların Qafqaz daxilində konfederativ bir birlik halında birləşmələri mücadiləmizin ilk planını təşkil edir..."
Cövhər Dudayev: "Rusiyanın təsir dairəsini daraltmaq üçün Qafqaz birliyi yaradaq."
...Əslində "Qafqaz Evi" ideyası yeni məsələ olmayıb Bu ideyanı ilk dəfə Qafqazda Mirzə Fətəli Axundov irəli sürüb. O illərdə Axundov Qafqazda bu ideyanın üzərində işləyəndə Gürcüstanda İlya Çavçavadze, Ermənistanda isə Xaçatur Abovyan etnik millətçilik ideyası üzərində işləyirdilər. İdeya həm Axundovun, həm də Mirzə Bala Məmmədzadənin fikirlərində əsas yerlərdən birini tuturdu."Qafqaz Evi”nin yaradılması ideyasının ilk dəfə rəsmi səviyyədə gündəmə gəlməsi Məhəmməd Əmin Rəsulzadə ilə bağlıdır. Üzeyir Hacıbəyovun "Biz hamımız qafqazlı balasıyıq" adlı məqaləsində də isə ideyanın region üçün çox əhəmiyyətli olduğu qeyd edilib
Tarixçi alim Solmaz Rustamova Toqidi bildirir ki ,"mühacirət dövründə Əlimərdan bəy Topçubaşov da bu ideyanın əsas tərəfdarlarından biri olub . 1934-cü ildə artıq xəstə olduğu bir vaxtda Rəsulzadə ilə birgə imzaladığı son sənəd də Qafqaz Konfederasiyasının yaradılması ilə bağlı olub".
Zaman -zaman bu ideya həmişə gündəmdə olub və bu günlərdə də Rusiya və Türkiyə 5+1 sistemi ilə Qafqaz ideyasını gerçekləşdirmək üçün kommunikasiya xətlərinin Azərbaycandan keçməklə müzakirələr aparır.sənədlər imzalayaraq əməli işlər görməyə çalışırlar O zamanolduğu kimi bu gündə Ermənistan bu ideyaya qarşıdır.
1992-1993-cü illərdə dövlət müşaviri olmuş Arif Hacılının dediyinə görə isə "Cövhər Dudayev bu ideyanın alovlu tərəfdarlarından idi Qafqaz evinin qurulması üçün Gürcüstan, Çeçenistan, Dağıstan, Kabarda-Balkar və başqa Qafqaz rəsmi dövlət qurumlarının liderləri, Şimali Qafqaz dini icmalarının rəhbərləri ilə danışıqları Azərbaycan adından mən aparırdım.
Qafqaz Evi layihəsində Ermənistanın iştirakı nəzərdə tutulmamışdı. Bu əvvəlcədən bütün tərəflərlə razılaşdırılmışdı.
Əsas mərkəzi Bakı şəhəri, siyasi lideri Azərbaycan prezidenti olmaqla Qafqaz Evinin yaradılması ideyasının həyata keçməsi üçün ciddi irəliləyişlərə nail olunmuşdu.
4 uyun qiyamı və bu qiyam nəticəsində baş verən dövlət çevrilişi bir çox mühüm başlanğıclar kimi Qafqaz Evi ideyasının da həyata keçməsinin qarşısını aldı."
Bəli , çox təəssüf ki, bu gün bu ideya haqda ortaq məxrəc əldə etmək çətindir. Çünki "Qafqaz Evi”nə daxil olacaq dövlətlərin müxtəlif coğrafi və altmədəniyyətlər quruluşlarına aid olmaları ,siyasi yönümlər problemlər yaradır.Ümid edək ki .Qafqaz evi ideyasının tezliklə həyata keçməsi Rusiyanın yox .anacaq Türkiyə və Azərbaycanın nəzarəti ilə bölgəyə sülh .firavanlıq gətirəcək.Cövhər Dudayevin ruhu da bundan əbədi rahatlıq tapacaq
Allah rəhmət eləsin...
Baba Allahnəzərov
Teref.az