ABŞ-ın göndərdiyi silahı PKK-ya verən “Ruh” tutuldu

11-02-2016, 13:10           
ABŞ-ın göndərdiyi silahı PKK-ya verən “Ruh” tutuldu
Türkiyənin xüsusi təyinatlı “bordo bereli” hərbi qüvvələri ABŞ ordusunun verdiyi silahları PKK–nın Suriyadakı qolu PYD-nin hərbi birləşməsi olan YPG (Xalq Qoruma Birlikləri) terror təşkilatına çatdıran “Terzi” kod adlı terrorçunu saxlayıb.

AzVision.az xəbər verir ki, terrorçu Mosulda həbs edilib. Əsl adı açıqlanmayan terrorçu ABŞ ordusunun Hasekedə istifadə etdiyi hava lmanından silahları alıb PKK və YPG-yə təhvil verirmiş. Təkcə ötən həftə ərzində “Terzi” silah dolu yeddi kargonu terrorçulara çatdırıb.

Hərəkətə keçən Türkiyənin xüsusi təyinatlı “bordo bereli” hərbi qüvvələri terrorçunun “Ruh” adlandırdığı “Terzi”nin yerini müəyyənləşdirib və onu Mosulda həbs edərək Türkiyəyə gətirib. Bundan xəbər tutan ABŞ ordusunun bir sıra yüksək vəzifəli şəxsləri Mosula xüsusi təyinatlı göndərib.

Qeyd olunub ki, bu hadisədən sonra ABŞ hökuməti YPG-yə dəstək verdiyini və terror təşkilatı olaraq qəbul etmədiyini növbəti dəfə bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru