Türkiyədən Azərbaycana silah ixracında ciddi artım baş verib - RƏQƏMLƏR

10-04-2021, 21:47           
Türkiyədən Azərbaycana silah ixracında ciddi artım baş verib - RƏQƏMLƏR
Türkiyədən Azərbaycana hərbi təyinatlı məhsulun ixracı 2021-ci ilin birinci rübündə 2020-ci ilin analoji dövrü ilə müqayisədə 850,4% artıb.

Türkiyə bu ilin birinci rübündə xaricə 650 milyon dollarlıq silah-sursat ixrac edib.

Teref.az ted.az-a istinadən bildirir ki, 2021-ci ilin birinci rübündə müdafiə sahəsində ixracın həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 74,6% artıb və 647,3 milyon ABŞ dolları təşkil edib.

Türkiyədən Azərbaycana hərbi təyinatlı məhsulun ixracı 2021-ci ilin birinci rübündə 2020-ci ilin analoji dövrü ilə müqayisədə 850,4% artıb, ABŞ-a ixrac isə 61,8% artıb ($66 milyondan $107 milyona).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.