Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığı 55 miqrantı xilas edib

13-04-2021, 06:57           
Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığı 55 miqrantı xilas edib
Egey dənizinin Günəş adası ətrafında 55 qeyri-qanuni miqrantın tərk edilməsi barədə məlumat alan Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının əməkdaşları həmin əraziyə gediblər.

"Report"un Türkiyə bürosu xəbər verir ki, qaçqınlar Midilli adasına getmək istəyərkən Yunanıstan Sahil Mühafizə Komandası tərəfindən qovularaq, Türkiyə ərazi sularına göndəriliblər. Türkiyə Sahil Təhlükəsizlik komandası tərəfindən xilas edilən qeyri-qanuni miqrantlar Cunda adasındaki Sahil Mühafizə Komandanlığı mərkəzinə gətirilərək zəruri qida məhsulları, geyim və tibbi ləvazimatlarla təmin ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru