Rusiya Türkiyəyə satdığı qazın həcmini azaldıb. Rusiyanın “Qazprom” şirkəti Türkiyəyə satdığı qazın həcmini azaldıb. Ölkə.az xəbər verir ki, bu haqda “İnterfax” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, “Qazprom” 2016-cı ilin 24 fevralına qədər Türkiyəyə 26,7 milyard kub metr qaz tədarük edib ki, bu da keçən ilə görə 40% azdır. Rusiyanın bu addımının Türkiyənin daxili bazarında enerji qıtlığı yaradacağı gözlənilir.