Mikayıl İsmayılovun polis rəisi olan qardaşı - uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...

Bu gün, 15:18           
Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -
Mikayıl İsmayılovun polis rəisi olan qardaşı Cümşüd İsmayılov “uzaq Pirallahıdan Bakının mərkəzinə” mühüm vəzifəyə gətirilir...

Qısa məlumat üçün qeyd edək ki, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun qardaşı Cümşüd İsmayılov qısa vaxtda bölmə rəisinin müavini vəzifəsindən Polis İdarəsinin rəisi vəzifəsinədək yüksəlib.

Belə ki, 2012-ci ildə Bakının Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəis müavini işləyən Cümşüd İsmayılov Qax Rayon Polis Şöbəsinə rəis təyin edilib. Təsəvvür edirsiniz, Bölmə rəisinin müavini Rayon Polis şöbəsinə rəis təyin edilir.

Bu hələ harasıdır ?

Cəmi 3 il sonra, yəni 2015-ci ildə Cümşüd İsmayılov Bakıya daha mühüm vəzifəyə gətirilir. Yəni Bakının Pirallahı Rayon Polis Şöbəsinə ( indi İdarəsinə ) rəis təyin olunur. Və hazırda həmin vəzifədə çalışır.

Əlbəttə, Cümşüd İsmayılovun sürətli karyera yüksəlişində qardaşı, SOCAR-ın o zamankı vitse-prezidenti Mikayıl İsmayılovun mühüm rolu olub.

Redaksiyamıza daxil olan məlumata görə, Mikayıl İsmayılov yaxın çevrəsində deyib ki, yaxın zamanda qardaşı Cümşüd İsmayılovu “ uzaq Pirallahıdan Bakının mərkəzinə” mühüm vəzifəyə gətirəcək.

Mikayıl İsmayılov özünün isə daha mühüm vəzifəyə təyin olunacağını gözləyir.

Mövzu ilə bağlı media üzərindən apardığımız qısa araşdırma zamanı Cümşüd İsmayılov barəsində xeyli neqativ yazılara rast gəldik.

Belə ki, həmin yazılarda Cümçüd İsmayılovun sadə vətəndaşların torpaqlarını zəbt etməsi və qardaşı ilə birləşərək rayonda böyük biznes qurması yer alıb.

Pirallahıda balıqçılıqla məşğul olan şəxslər də Cümşüd İsmayılovdan narazılıq edirlər. Hətta Cümşüd İsmayılovun özünün şəxsi taksi şəbəkəsi də fəaliyyət göstərir və s.

Maraqlıdır ki, mediada yayılan bu xəbərləri qarşı tərəf təkzib etməyib.

Mikayıl İsmayılovun özünün yaxın zamanda hansı mühüm dövlət vəzifəsinə təyin olunacağı da maraqlı məsələdir.

Bizi izləyin.
Nuh.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru