“Sübut edə bilməsəniz, alçaqsınız” - Ərdoğan

28-02-2016, 11:46           
“Sübut edə bilməsəniz, alçaqsınız” - Ərdoğan
Mənim 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər.Bunu sübut edə bilməsəniz, alçaqsınız.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə büdcə müzakirələri zamanı HDP-dən olan millət vəkillərinin irəli sürdükləri “Ərdoğanın 3 milyard dollarlıq sərvəti var” iddialarına münasibət bildirərkən deyib.

“Dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı PKK-nın köləsinə çevrilən partiya (HDP) mənsubları yenə ləyaqətimə toxundular. Hər müzakirələrdə prezidentə hücum edirlər. 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər. Mən burdan o alçaqlara demək istəyirəm ki, bu iddianızı sübut etməlisiniz. Bəralərində mənəvi təzminatla bağlı cinayət işi açılacaq. Baş nazir olduğum dövrdə də mənə qarşı belə böhtanlar atıldı. O zaman müxalifətin rəhbər şəxsinə dedim ki, sübut edə bilməsən, alçaqsan. Olmayan şey sübut edilə bilməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru