Azərbycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyır? - AÇIQLAMA

21-07-2021, 17:12           
Azərbycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyır? - AÇIQLAMA
“ Bu, heç bir maraqlı dövlətin əks reaksiyası ilə qarşılaşmayacaq”
“Azərbaycan nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə ilk dəfə rəsmi səfərindən sonra Azərbaycanın bu dövləti tanıyacağı, hətta Rəcəb Tayyib Ərdoğanın da ora səfəri zamanı bunun hər an ola biləcəyi mesajını verməsi sözügedən məsələnin yaxın zamanlarda baş tutacağı anlamına gəlir”.

Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:

“Bir neçə ay əvvəl müharibədən qısa zaman sonra bu məsələni gündəmə gətirmişdim. Bəziləri bu məsələnin hazırda reallaşmasının doğru olmadığını, bu zaman Yunanıstanın da Qarabağın "müstəqilliyini" tanıya biləcəyi kimi fikirlər irəli sürürlər. Hesab edirəm ki, Azərbaycanın Şimali Kipr Türkiyə Cümhuriyyətinin müstəqilliyini tanımasında heç bir problem yoxdur. Bu, heç bir maraqlı dövlətin əks reaksiyası ilə qarşılaşmayacaq”.

A.Qasımov fikirlərini belə izah etdi:

“Bütün maraqlı tərəflər, xüsusən də, Yunanıstan və yunanlar yaşayan Cənubi Kipr Rusiyanın qorxusundan bu addımı ata bilməzlər. Onlar yaxşı başa düşür ki, Qarabağ məsələsi Rusiya siyasətinin Cənubi Qafqazda təsir dairəsi üçün vacib amillərdəndir. Əgər Rusiya Qarabağın "müstəqilliyini" tanımayıbsa, hətta Ermənistan özü bunu edə bilmirsə, Yunanıstanın bunu etməsi Rusiyanın siyasətinin əleyhinə getməkdir. Bu baxımdan, biz rahatlıqla Şimali Kipr Türkiyə Cümhuriyyətini tanıya bilərik. Prezidentlərin görüşündə də bu məsələnin müzakirə ediləcəyi qənaətindəyəm. Rusiyanın bu məsələyə müsbət cavab verəcəyini düşünürəm. Çünki Krım və digər bu kimi ərazilər məsələsi üçün də bu, gələcəkdə ümid ola bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.