Qoyun qaçdı, tələbə itdi, helikopter qalxdı: Türkiyədə FİLM KİMİ OLAY

22-07-2021, 11:59           
Qoyun qaçdı, tələbə itdi, helikopter qalxdı: Türkiyədə FİLM KİMİ OLAY
Türkiyənin Ankara şəhərində 20 yaşlı tələbə itkin düşüb.

Lent.az ölkə mediasına istinadən xəbər verir ki, onun itkin düşməsinə səbəb qurbanlıq qoyunun qaçması olub. Dünən kəsmək üçün ahurdan çıxarılan qoyun gözlənilmədən dağlıq əraziyə qaçıb. Onu tutmaq üçün arxasından gedən tələbə Onur Eker isə yoxa çıxıb. Onurla əlaqə yarada bilməyən ailə bir neçə saat sonra polisə məlumat verib.

İki gündür itkin düşən tələbənin axtarışı üçün dronlardan, helikopterdən istifadə edilsə də, onu tapmaq mümkün olmayıb.
Hazırda tələbənin axtarışlarına davam edilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru