Türkiyədə güclü sel: Su anbarları partlayıb?

22-07-2021, 20:52           
Türkiyədə güclü sel: Su anbarları partlayıb?
İyulun 22-də Türkiyənin Rizə şəhərində baş vermiş sel və daşqınlar bir sıra yaşayış məskənlərində və tarlalarda böyük fəsadlara yol açıb.

Axar.az xəbər verir ki, təbii fəlakət nəticəsində Çamlıhəmşin, Ardəşən və Fındıqlı rayonlarında çaylar məcradan çıxıb. Dərələrdə yaranan böyük daşqınlar əhalidə təşviş yaradıb.

Daxili işlər naziri Süleyman Soylu su anbarlarının partlaması ilə bağlı şayiələri təkzib edib.

Qeyd edək ki, iyul ayı boyunca Anadoluda bir sıra ağır sel və daşqın hadisəsi baş verib. Ən çox zərər çəkən bölgə isə Rizədir. İyulun 16-dan başlayan güclü yağış və fırtınalı hava səbəbindən 6 nəfər ölüb, iki nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində 47 bina tamamilə dağılıb, 99 binada ciddi zədə və qəza halı aşkarlanıb, 41 avtomobil yararsız vəziyyətə düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.