Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub
25-07-2021, 08:09
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı "Fərat qalxanı" əməliyyatı bölgəsində türk hərbçilərin olduğu zirehli hərbi avtomobilə silahlı hücum olub.
APA-nın Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) istinadla verdiyi xəbərə görə, terror aktında Türkiyə Ordusunun 2 hərbçisi şəhid olub, daha ikisi yaralanıb.
Hələb əyaləti yaxınlığında baş vermiş terror aktının PKK/YPG tərəfindən törədildiyi bildirilib.