"Fərat Qalxanı" bölgəsində şəhid olan 2 türk hərbçisinin qisası alınıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Fərat Qalxanı" bölgəsində iki qəhrəman hərbçimizi şəhid edən terrorçulara eyni şəkildə cavab verildi. Dəqiq atışlar nəticəsində terrorçuların mövqeləri məhv edildi. İlk məlumata görə, azı 7 terrorçu zərərsizləşdirilib", - deyə, məlumatda qeyd olunub.