AKP-nin katibi Numan Kurtulmuş partiyanın heyətilə Bakıda səfərdədir

26-07-2021, 07:15           
AKP-nin katibi Numan Kurtulmuş partiyanın heyətilə Bakıda səfərdədir
Türkiyənin hakim Ədalət və İnkiaf Partiyasının (AK Parti) katibi Numan Kurtulmuş özünün “twitter” səhifəsində AKP heyəti olaraq Azərbaycana səfər etdiklərini bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin hakim partiyasının katibi Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şerini və hər iki dövlətin bayraqlarını paylaşaraq, Azərbaycanla Türkiyənin birlik, həmrəylik rəmzini nümayiş etdirib.

Qeyd edək ki, Anadolu xəbər agentliyi N.Kurtulmuşun iyulun 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyini bildirib.

Səfər çərçivəsində N.Kurtulmuş Azərbaycan Parlamentinin sədri Şəhidlər Xiyabanını ziyarət edəcək, Milli Məclisin spikeri Sahibə Qafarova və Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Tahir Budaqovla görüşəcək.

4 günlük səfər proqramında AKP və YAP-ın Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə olunacaq.

Səfər çərçivəsində N.Kurtulmuşun rəhbərlik etdiyi heyətin Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədovla və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşü də nəzərdə tutulub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru