10 “arzuolunmaz şəxs”: - Hansı səfirlər Türkiyəni tərk edib?

25-10-2021, 17:08           
10 “arzuolunmaz şəxs”: -
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 səfirin “arzuolunmaz şəxs” elan edilməsinə dair göstəriş verdiyini açıqlamışdı.

Modern.az xatırladır ki, buna səbəb olaraq, həmin ölkələrin iş adamı Osman Kavalanın həbsdən azad olunması ilə bağlı israrlı tələbləri olub.

“Kavala deyilən kəs Sorosun Türkiyə şöbəsidir. Onunla bağlı Xarici İşlər Nazirliyinə 10 səfir gəlir. Bu nə həyasızlıqdır. Xarici işlər nazirimizə "siz dərhal bu 10 səfir “arzuolunmaz səfir” elan olunması ilə məşğul olacaqsınız" tapşırığı verdim”-, deyə Ərdoğan açıqlama vermişdi.

Amma Almaniyanın Türkiyədəki səfirliyi diplomatik kanallarla səfirin “arzuolunmaz” şəxs elan olunması barədə heç bir bildiriş almadıqlarını söyləyib. Analoji açıqlamanı isə Finlandiya prezidenti də söyləyib.

ABŞ Dövlət Departamenti Ankaranın qərarı barədə məlumatlı olduqlarını amma Türkiyə XİN-dən məsələ ilə bağlı dəqiq informasiya gözlədiklərini qeyd edib.

Siyahıda Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru